Suriyanın şimal-şərqindəki Həsəkədə yerləşən ABŞ hərbi bazasına hücum edilib.
Missiya.Az xəbər verir ki, bu barədə “Mehr” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Mənbə Amerika bazasına kimin dəqiq atəş açdığını açıqlamayıb.
Məlumata görə, hücum minaatanlardan istifadə edilməklə həyata keçirilib.
Qeyd olunub ki, atışmalardan sonra Amerika bazasının əsas girişində ciddi təhlükəsizlik tədbirləri görülüb.
Daşqın HəsənovMissiya.Az