EN

Balotelli "Cenoa"nı bu kluba dəyişir

"Cenoa" ilə müqaviləsinin müddəti iyunun sonuna qədər nəzərdə tutulan hücumçu Mario Balotelli karyerasını digər A Seriyası təmsilçisində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Estadio Deportivo" yayıb.

Məlumata görə, 34 yaşlı forvardın xidmətində mövsümün yekunlarına əsasən B Seriyasından elitaya yüksələn "Kremenoze" maraqlıdır. 

Balotelli "Cenoa"ya ötən ilin oktyabrında azad agent qismində qoşulub. Genuya təmsilçisinin forması ilə A Seriyasında 6 matça çıxan Mario ümumilikdə 56 dəqiqə meydanda olub və məhsuldar göstəricilərlə yadda qalmayıb. "Transfermarkt" portalı onun transfer qiymətini 500 min avro ilə dəyərləndirir.

Nihat

Chosen
6
fanat.az

1Sources