EN

Yunanıstanda Azərbaycan vətəndaşı saxlanılıb Casusluqda ittiham olunur

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Yunanıstanın təhlükəsizlik orqanları Azərbaycan vətəndaşını NATO-ya məxsus hərbi bazaya casusluq etdiyinə görə saxlayıblar. 

“AzPolitika” “Haqqin.az”a istinadla xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

26 yaşlı şəxs həm Azərbaycan, həm də Polşa pasportlarına malikdir. Yunanıstan Milli Kəşfiyyat Xidməti (EYP) onu Krit adasındakı Suda limanında yerləşən NATO-nun hərbi-dəniz bazasının fotoşəkillərini çəkərkən yaxalayıb.

İstintaq materiallarına əsasən, şübhəli şəxs iyunun 18-də Xanya şəhərinə gəlib və Suda limanına baxan otel nömrəsi sifariş edib. O, bir ay müddətinə həmin nömrəni rezervasiya edib və qalarkən otağını nadir hallarda tərk edib.

Bildirilir ki, o, pəncərədən limanın giriş-çıxışlarını əks etdirən 5000-dən çox foto çəkib. Aparılan axtarış zamanı onun otağında yaddaş kartı, mobil telefon və kamera aşkarlanıb. Həmçinin noutbukunda şifrləmə proqramı quraşdırıldığı müəyyən edilib. İstintaq həmin proqramla fotoların kimə göndərildiyini araşdırır.

Şübhəli şəxs rus və türk dillərində danışır, lakin istintaqla əməkdaşlıqdan imtina edib və ifadəsini yalnız vəkili vasitəsilə vermək istədiyini bildirib. O, yaxın günlərdə prokuror qarşısına çıxarılacaq.

Məlumata görə, bu hadisə yaxın günlərdə Kiprdə baş verən oxşar casusluq qalmaqalı ilə əlaqəli ola bilər. Xatırladaq ki, iyunun 20-də Böyük Britaniya vətəndaşı Kiprdəki Akrotiri hərbi bazasını müşahidə edərkən saxlanılıb. O da müxtəlif texniki avadanlıqlarla təchiz olunmuşdu. Əvvəlcə onun Azərbaycan vətəndaşı olduğu iddia olunsa da, sonradan britaniyalı olduğu və İranla əlaqəli ola biləcəyi qeyd olunub.

Bəzi ekspertlər hər iki insidentin koordinasiyalı şəkildə həyata keçirildiyini, əldə olunan məlumatların isə üçüncü bir ölkəyə ötürülə biləcəyini ehtimal edirlər.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
azpolitika.info

1Sources