ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Dünyanın istənilən ölkəsində qeyri-adekvat davranışlı sürücülərə rast gəlinir. Radara düşməyi isə millərindən və ölkəsindən asılı olmayaraq heç kim sevmir.
Avtosfer.az xəbər verir ki, Fransanın Finister departamentində radara düşən sürücü orijinal qisas metodu seçib. O, dostu ilə birlikdə radarı yandırıb. Daha qəribəsi budur ki, qayda pozan sürücü radarı yandırmasını videoya çəkərək yutuba yerləşdirib.
Fransa polisi üçün ictimai əmlaka ziyan vuran şəxsləri müəyyən etmək çox da çətin olmayıb. Hadisədən bir neçə gün sonra onlar hakim qarşısına çıxarılıblıar. Məhkəmənin hökmü ilə dostların hərə 1500 avro cərimə olunub və bir il sınaq müddətinə azadlıqdan məhrum edilib. Radara dəymiş ziyanla bağlı proses isə noyabra təyin edilib.
Xəbəri yayan autoplus.fr saytı bir məsələni də xatırladır: hansı ölkədə olursa olsun, radara zərər yetirməklə onun içindəki informasiyanı silmək mümkün deyil. Bu məlumatlar radardan çox uzaqda yerləşən etibarlı serverlərdə qorunur.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.