EN

İrandan xəritəli mesaj Hədəf Qərb dəhlizləridir?

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Əmir Hətəmi Zülfüqar komanda mərkəzində keçirilən fövqəladə hərbi toplantıda regiona yönəlik mesajlar verib.

Belə ki, ordunun mətbuat xidməti tərəfindən yayımlanan görüntülərdə Hətəminin arxasında yer alan böyük Yaxın Şərq xəritəsi və lazerlə işarələnən ərazilər diqqət çəkib.

Vizual analizlərə görə, xəritədə işarələnən nöqtələr Kərəcin şimalı, Zəncan xətti və Həmədan bölgəsinə — yəni Tehranı qərbdən əhatə edən nəqliyyat və hərbi logistika koridorlarına uyğun gəlir. Bu ərazilər həm İranın müdafiə və raket infrastrukturunun cəmləşdiyi, həm də İraq və Türkiyə sərhədlərinə çıxışı olan strateji bölgələrdir.

General Hətəmi çıxışında ABŞ-ni ittiham edərək bildirib ki, “Amerikalılar hər dəfə cinayət törədiblər və cavablarını alıblar, bu dəfə isə daha sərt və qətiyyətli olacaq". 

O, xüsusilə İran-İraq müharibəsinin son mərhələlərində ABŞ-nin birbaşa müdaxiləsinə işarə edib.

Hətəmi bildirib ki, İran xalqının son günlərdə küçələrə çıxaraq hökumət və orduya dəstək verməsi, silahlı qüvvələr üçün əlavə məsuliyyət yaradır: “Ordunun xalq üçün fəda olduğu prinsipinə sadiqik və bu dəstək bizi daha güclü müdafiəyə sövq edir".

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
4
1
azpolitika.info

2Sources