EN

İranda İsraillə əməkdaşlıq ittihamı: Gilan əyalətində 36 nəfər saxlanılıb

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

İranın Gilan vilayətində İsraillə əməkdaşlıqda ittiham olunan 36 nəfər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Gilan əyalətinin polis rəisi Hüseyn Həsənpur Tasnim Xəbər Agentliyinə açıqlamasında verib.

Polis rəisinin sözlərinə görə, saxlanılan şəxslər düşmənlə əməkdaşlıq etmək, pilotsuz uçuş aparatları vasitəsilə hərbi zonaları görüntüləmək, yanğınlar törətmək, əldəqayırma partlayıcılar hazırlamaq və müxalif qruplarla əlaqə saxlamaqda ittiham olunurlar.

Həsənpur bildirib ki, istintaq çərçivəsində bu şəxslər qanuni orqanlara təhvil verilib və araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bu, son dövrlərdə İranın daxilində xarici kəşfiyyat orqanları ilə əməkdaşlıq ittihamı ilə həyata keçirilən ən genişmiqyaslı əməliyyatlardan biri hesab olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
4
bakivaxti.az

1Sources