2025-ci ilin may ayında Türkiyəyə turistlərin gəlişində azalma müşahidə olunub.
Marja.az Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına istinadən xəbər verir ki, may ayında Türkiyəyə gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz azalaraq 5 milyon 37 min 447 nəfər təşkil edib.
Yanvar-may dövründə (ilk 5 ayda) Türkiyəyə gələn turistlərin sayı ötən ilin eyni dövrü müqayisədə 1 faiz azalaraq 15,63 milyon nəfər qeydə alınıb.
Təkcə May ayında Türkiyəyəy ən çox turist göndərən ölkələr siyahısında Rusiya 14,79 faiz (745 min 174) ilə birinci, Almaniya 11,86 faiz (597 min 348) ilə ikinci, Böyük Britaniya isə 10,86 faiz (547 min 138) ilə üçüncü yeri tutub.
Yanvar-may dövründə ən çox turist göndərən ölkələr arasında 11,14% (1 milyon 740 min 455) ilə Almaniya birinci, Rusiya 11,02% (1 milyon 722 min 326) ilə ikinci, Böyük Britaniya 7,84% (1 milyon 224 min 950) ilə üçüncü olub.
Qeyd edək ki, Türkiyədə qiymətlər artdığı üçün turistlər daha çox Şərqi və Cənub-Şərqi Asiya ölkələrində istirahət etməyə üstünlük verirlər.