EN

"Bilirik ki, bu oyunda qələbə qazanmasaq..." - Luis Enrike

Klublararası dünya çempionatının 3-cü turu çərçivəsində bu gün "Sietl Saunders" ilə üz-üzə gələcək PSJ-nin baş məşqçisi Luis Enrike oyun ərəfəsində fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssisin sözlərini "RMC Sport" belə çatdırıb:

"Bilirik ki, bu oyunda qələbə qazanmasaq, mübarizəni dayandıracağıq. Yolumuza davam etmək istəyirik. Növbəti mərhələyə yüksəlsək, komandanın daha yaxşı versiyasını görəcəyik. Üç intensiv məşq etmişik və düşünürəm ki, qarşıdakı matça hazırıq. 

Öz keyfiyyətlərimizə - topa nəzarət və pressinq bacarığımıza üstünlük verəcəyik. Yaxşı oyun keçirəcəyimizi güman edirəm. Səviyyəmizi daha da yaxşılaşdıra bilərik. PSJ mövsüm ərzində əla futbol oynaya bildiyini isbatlayıb. Hədəfimiz əla oynamaqdır".

Xatırladaq ki, B qrupunda yer alan PSJ-nin 3 xalı var. "Botafoqo" və "Atletiko Madrid" hərəyə 6 xal toplayıblarsa, "Sietl Sanuders" hələ xal qazanmayıb.

Nihat

Chosen
10
1
fanat.az

2Sources