EN

Amerikanın biznes nümayəndə heyəti Orta dəhliz üzrə əlaqələrin genişləndirilməsi səyləri çərçivəsində Azərbaycana səfər edəcək

Bakı. Trend:

ABŞ-Azərbaycan ticarət-sənaye palatası (USACC) ,Amerika-Gürcüstan Biznes Şurası və Amerikanın Qazaxıstandakıticarət palatası ABŞ Kommersiya Xidmətinin dəstəyi ilə Amerikabiznes nümayəndə heyətinin qarşıda Orta Dəhliz ölkələrinə səfəredəcəyini elan ediblər.

Bu barədə TrendUSACC-a istinadən xəbər verir.

“Orta Dəhliz regionunda ticarət, enerji, infrastruktur vəlogistikanın araşdırılması” adlı missiya 2025-ci il sentyabrın4-dən 11-dək keçiriləcək və Qazaxıstan, Azərbaycan və Gürcüstanıəhatə edəcək.

“Bu strateji təşəbbüs Avrasiya qitəsində Şərq ilə Qərbi MərkəziAsiya və Qafqaz üzərindən Avropa ilə birləşdirən mühüm ticarətmarşrutu olan Orta Dəhliz boyunca kommersiya əməkdaşlığınınmöhkəmləndirilməsinə yönəlib”, - USACC-də qeyd ediblər.

Missiyada enerji, kritik infrastruktur, rəqəmsal ticarət, yenitexnologiyalar, nəqliyyat və logistika kimi sahələri təmsil edənAmerika şirkətləri iştirak edəcək.

Səfər proqramına dövlət tənzimləyici orqanları ilə yüksəksəviyyəli görüşlər, əsas logistika obyektlərinə və limanlara, azadticarət zonalarına səfərlər, eləcə də yerli şirkətlərin vətərəfdaşların iştirakı ilə biznes dairəvi masaları daxildir.

Nümayəndə heyəti sentyabrın 4–5-də Aktauya (Qazaxıstan),sentyabrın 8–9-da Bakıya (Azərbaycan), sentyabrın 10–11-də isəGürcüstana səfər edəcək.

“Orta Dəhliz Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə CənubiQafqazla, daha sonra isə Şərqi Avropa və Aralıq dənizi regionu iləbirləşdirən inkişafda olan ticarət və tranzit marşrutudur. Onunstrateji coğrafi mövqeyi, inkişaf etmiş logistika infrastrukturu,müasir limanları, yük terminalları və azad ticarət zonaları Avropailə Asiya arasında mal və xidmətlərin daşınması üçün mühüm imkanlaryaradır”, - bəyanatda qeyd olunur.

USACC-də vurğulanıb ki, COVID-19 pandemiyası və Şərqi Avropadadavam edən geosiyasi dəyişikliklər qlobal tədarük zəncirləriningözlənilməz pozuntular qarşısında nə qədər həssas olduğunugöstərdi.

“Bu fonda Orta Dəhliz uyğunlaşdırılmış xidmətlərə maliktəhlükəsiz, proqnozlaşdırıla bilən və inteqrasiya olunmuş nəqliyyatmarşrutları şəbəkəsi kimi fərqlənir. Son illərdə getdikcə daha çoxQərb şirkətləri tədarük zəncirlərini şaxələndirmək və gücləndirməkməqsədilə dəhliz ölkələrində öz mövcudluğunu genişləndirir”, –USACC-də qeyd olunub.

Məqalədə:
Chosen
21
3
az.trend.az

4Sources