Yunanıstanın Saqqız adasında meşə yanğını baş verib.
News365.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, şənbə günü başlayan meşə yanğın güclü külək səbəbindən genişlənib.
Qeyd olunub ki, bölgənin bir çox kəndi təhlükəsizlik səbəbilə boşaldılıb.
Səlahiyyətlilər təxminən 200 yanğınsöndürən və altı təyyarənin alovla mübarizə apardığını bildirib.