EN

Polis Cəlilabadda əməliyyat keçirdi, 13 kiloqram narkotik vasitə və həblər aşkarlandı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan Babək Kərimli saxlanılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
 
Bildirilib ki, həmin şəxsdən 13 kiloqram marixuana və 199 ədəd metadon həbi aşkarlanıb. Onun İran vətəndaşından əldə etdiyi narkotiki maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağı planlaşdırdığı müəyyən edilib.
 
Faktla bağlı cinayət işi başlanılıb, B.Kərimli barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Chosen
7
23
moderator.az

10Sources