Rusiyalı aktyor Yevgeni Stratan 56 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, aktyor vətəni Moldovada dünyasını dəyişib.
Məlumata görə, o, yaxın zamanlarda insult keçirmişdi.
Stratan kino karyerasına 2005-ci ildə başlayıb və tez bir zamanda tamaşaçıların rəğbətini qazanıb. Tamaşaçılar onu həmçinin "Liqovka", "Sındırılmış fənərlər küçəsi − 9" kimi layihələrdəki çıxışları ilə xatırlayırlar.
Qeyd edək ki, onun kino karyerası ərzində ümumilikdə 23 filmi olub.