
NATO ölkələri alyansın sammitində Kiyevə qarşıdakı 12 ay ərzində 40 milyard avro məbləğində dəstək vəd edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-ın jurnalistlərinə Almaniya hökumətindəki mənbə məlumat verib.
“Ukraynaya dəstəyi maliyyələşdirənlərin vədləri qarşıdakı 12 ay ərzində 40 milyard avro təşkil edəcək”, - o qeyd edib.
Onun sözlərinə görə, bu, əvvəlki alyans sammitində Kiyevə vəd edilən məbləğə uyğundur.