
“Crocus City Hall” konsert zalında törədilən terror aktında ittiham olunanlardan bəziləri Dağıstanda da terror planlaşdırıblar”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat yayıb.
“Bir sıra təqsirləndirilən şəxslər Dağıstan Respublikasının Kaspiysk şəhərində əyləncə kompleksini partlatmağı planlaşdırıblar, lakin bu cinayətin qarşısı alınıb”, - o deyib.