Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu Həbib Nurməhəmmədov iqtisadiyyat naziri Mikayıl Cabbarov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə bir araya gəlib.
Bakıvaxtı.az xəbər verir ki, Həbib nazirlərlə fotosunu sosial şəbəkədə paylaşıb.
O, Bakıda olduğu iki gün ərzində göstərilən münasibətə görə Azərbaycana təşəkkür edib.