EN

QAİ: Ermənistanın Qərbi azərbaycanlıların qayıdış hüququnu inkar etməsi onun sülh niyyətli olmadığını göstərir

Qərbi Azərbaycan İcması (QAİ) İslam Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının Qərbi Azərbaycan məsələsi ilə bağlı 21-22 iyun 2025-ci ildə İstanbulda qəbul etdiyi qərarlara münasibətdə Ermənistan Xarici İşlər Nazirliyinin 23 iyun 2025-ci il tarixində verdiyi bəyanatını sərt şəkildə qınayır.

Aznews.az xəbər verir ki, bu barədə İcmanın bəyanatında deyilir.

Qeyd olunub ki, Ermənistan Xarici İşlər Nazirliyi sözügedən bəyanatında Qərbi azərbaycanlıların Ermənistandan guya könüllü köçdüklərini, Ermənistan tərəfindən onlara kompensasiya ödəndiyini və bu ölkədəki Azərbaycan mədəni irsinin qorunduğunu iddia edir.

"Ermənistandan zorla çıxarılmış azərbaycanlıları özündə birləşdirən Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin bu bəyanatının başdan-başa yalan olduğunu bildirir.

Azərbaycanlıların Ermənistandan bu ölkənin hakimiyyət orqanlarının birbaşa iştirakı ilə, zor tətbiq etməklə çıxarılması hamıya məlum olan faktdır. Sonuncu deportasiya dalğasında azərbaycanlıların əksər hissəsinin – 300 minə yaxın insanın 1988-ci ilin noyabr ayının sonu – dekabr ayının əvvəlində cəmi bir həftə ərzində öz evlərini tərk edib Azərbaycana qaçmağa məcbur qalmaları, bu proses zamanı 216 nəfər azərbaycanlının qətlə yetirilməsi bu köçün zorakı deportasiya olmasını sübut edir. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın azərbaycanlıların Ermənistandan qovulmasını “tarixi uğur” kimi təqdim etməsi, sözügedən faciənin Ermənistanın dövlət siyasəti olduğunu göstərir.

Qayıdış hüququndan imtina müqabilində “kompensasiya” ödənilməsi barədə iddiaya gəlincə, qeyd edək ki, ilk dəfə Ermənistanın Baş naziri səviyyəsində 2023-cü ilin avqust ayında irəli sürülmüş bu yalanla bağlı Ermənistan tərəfi hələ də bir sübut ortaya qoymamışdır.

Chosen
6
18
aznews.az

10Sources