EN

Xamenei ABŞ-ın cavab təhdidlərinə şəkilli mesaj paylaşdı - FOTO

Musavat.com xəbər verir ki, İranın ali lideri Əli Xamenei rəsmi “XAMENEI.IR” sosial media hesabında ABŞ-a yönəlik sərt və simvolik mesaj yayımlayıb.

Paylaşımda alovlanan ABŞ bayrağının təsviri fonunda Xamenei bəyan edib:

“Biz heç kimə təcavüz etməmişik. Heç bir şəkildə heç kimin təcavüzünü qəbul etmərik və heç vaxt bu cür təcavüzlər qarşısında təslim olmayacağıq. Bu, İran xalqının məntiqidir”. 

Postun altında “#bəşarat_fəth” və “#Allah_əkbər” həştəqləri əlavə olunub. Xameneinin bu mesajı, İranın ABŞ-ın Yaxın Şərqdəki mövqelərinə qarşı hücumlarının ardından yayılıb və Vaşinqtona açıq xəbərdarlıq kimi qiymətləndirilir.

Paylaşılan fotoda yanan Amerika bayrağı və dağıdılmış hərbi obyekt təsvir olunub ki, bu da Tehranın öz “müqavimət məntiqi”ni simvolizə edir.

 


Musavat.com

16f7d179-26b2-4c69-9058-138cdcd32095.jpeg

Chosen
1
37
musavat.com

10Sources