EN

İran ABŞ-ın Qətər və İraqdakı hərbi bazalarına raket zərbələri endirdi...


İranın Qətərdəki ABŞ hərbi bazasına ballistik raket zərbələri endirib.İran dövlət televiziyası IRIB ABŞ bazalarına qarşı “Qələbənin Müjdəsi” əməliyyatının başladığını elan edib.

İran həmçinin İraqdakı ABŞ qüvvələrini də hədəfə alan raketlər atıb. Səudiyyə Ərəbistanındakı ABŞ bazalarında xəbərdarlıq edilib. Birləşmiş Ərəb Əmirliklərinin hava məkanını bağladığı bildirilir.

Suriya, İraq, İordaniya, Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər, BƏƏ və Oman da daxil olmaqla, ABŞ-ın Yaxın Şərqdəki bütün bazalarında həyəcan siqnalları verilib.

ABŞ-ın yüksək rütbəli rəsmisi bildirib ki, Ağ Ev və ABŞ Müdafiə Nazirliyi Qətərdəki Əl-Udeyd aviabazasına qarşı potensial təhlükələrdən xəbərdardır və onları yaxından izləyir. ABŞ-ın Qətərdəki səfirliyi isə bölgədəki gərginlik səbəbindən ölkədəki ABŞ vətəndaşlarını sığınacaq axtarmağa çağırıb.

Qətər rəsmilərinin bildirdiyinə görə, hücumda insident və ya itki yoxdur. Qətər hava hücumundan müdafiə sistemlərinin ABŞ-ın Əl Udeid hərbi bazasına raket hücumunun qarşısını aldığını açıqlayıb və raketlər havada vurulub.

ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi hava bazası olan Əl Udeiddə ABŞ-ın digər hərbi bazaları da var. İran daha əvvəl ABŞ və ya İsrailin hücumuna məruz qalacağı təqdirdə bölgədəki ABŞ hədəflərini vuracağı ilə hədələmişdi.

Hücumdan sonra ilk açıqlamanı İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) verib. İran ordusu Qətərdəki Əl-Udeid hərbi hava bazasına güclü raket hücumu edildiyini, hücumun İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqləndiyini və Hatəmül Ənbiya Mərkəzi Komandanlığı tərəfindən idarə edildiyini açıqlayıb.

"Vur-qaç dövrü bitdi, təkrar hücumlar ABŞ-ın Qərbi Asiyada mövcudluğunun çöküşünü sürətləndirəcək. Gələcək hücumlar həm ABŞ-ın bölgədəki hərbi infrastrukturunun, həm də İsrailin çökməsinə səbəb ola bilər" – deyə SEPAH-ın açıqlamasında bildirilib.

TAHİR

Chosen
28
baki-xeber.com

1Sources