ABŞ prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəsin daimi olacağını gözləyir.
APA xəbər verir ki, bu haqda o, “NBC News”-a bildirib.
"Məncə, atəşkəs daimidir. O, daimi davam edəcək", - Tramp deyib.
ABŞ prezidenti müharibənin tamamilə bitdiyini və İsraillə İranın bir daha bir-birinə atəş açacağına inanmadığını iddia edib.