EN

İran və İsrail atəşkəsə razılaşıblar

İran

İran və İsrail atəşkəslə bağlı razılıq əldə ediblər.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.

Tramp atəşkəslə bağlı hamını təbrik edib: “Təxminən 6 saat sonra, hər iki tərəf hazırda davam edən son missiyalarını başa çatdırdıqdan sonra tam və qəti atəşkəs elan ediləcək. Bu atəşkəs 12 saat davam edəcək və bu müddətin sonunda müharibə rəsmi olaraq bitmiş hesab olunacaq! Rəsmi olaraq İran və 12-ci saatda isə İsrail atəşkəsə başlayacaq. 24-cü saat tamam olanda 12 günlük müharibənin rəsmi sonu bütün dünya tərəfindən alqışlanacaq”.

Tramp sonda əlavə edib ki, bu, illərlə davam edə və bütün Yaxın Şərqi məhv edə biləcək bir müharibə idi. Amma bu baş vermədi və heç vaxt da baş verməyəcək!

E. KAMAL
Chosen
4
16
reyting.az

10Sources