EN

Nigerdə məscidə hücum olub, 71 nəfər ölüb

Nigerin Tillaberi bölgəsində törədilən terror aktında 71 mülki vətəndaş həyatını itirib.

Operativ Media yerli mətbuata istinadən xəbər verir ki, Tillaberi vilayətinin Manda kəndinə naməlum silahlı terrorçu qrupun üzvləri tərəfindən hücum edilib.

Namazdan sonra məscidin həyətində toplaşan camaatın hədəf alındığı hücum nəticəsində 71 nəfər həlak olub, azı 20 nəfər isə yaralanıb.

Qeyd edək ki, mart ayında da bölgədə yerləşən Fambita kəndindəki məscidə cümə namazı zamanı hücum edilmiş, hadisə nəticəsində 44 nəfər həyatını itirmişdi.

Chosen
15
operativmedia.az

1Sources