EN

Tramp müharibənin bitdiyini elan etdi, Əraqçidən təkzib gəldi

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrail və İran yaxın saatlarda atəşi tam dayandırmağa razılaşıblar.

Publika.az xəbər verir ki, bu barədə Amerika lideri “Truth Social”da yazıb.

Onun sözlərinə görə, İsrail və İran 12 saat müddətinə tam atəşkəs barədə razılığa gəliblər. İlk olaraq İran atəşi dayandıracaq, "12-ci saatda" bunu İsrail də edəcək.

"24-cü saatda dünya 12 günlük müharibənin bitməsini qeyd edəcək", - o bildirib.

Tramp qeyd edib ki, bu müharibə illərlə davam edə və bütün Yaxın Şərqi məhv edə bilərdi".

Chosen
4
12
publika.az

10Sources