"İnter" "Roma"dan icarəyə götürdüyü yarımmüdafiəçisi Nikola Zalevski ilə tam müqavilə imzalayıb.
Operativ Media xəbər verir ki, 23 yaşlı polyakla müqavilənin şərtləri açıqlanmayıb.
Zalevski 2025-ci il fevralın 1-də "İnter"ə icarəyə verilib. Ötən mövsüm yarımmüdafiəçi milanlıların heyətində 17 oyun keçirib, qol vurub və məhsuldar ötürmə edib.