EN

Bakıda fantastik qiymətə gilas satılır – Özəlliyi isə…

Bakıda gilas qiymətləri arasında ciddi fərq müşahidə olunur. Bildirilir ki, adi gilasın bazarda 1 manata belə çətin satıldığı halda, bəzi yerlərdə “öküz ürəyi” sortu 20 manata qədər təklif edilir.

Bu tendensiya illərdir davam etsə də, bölgələrdəki fermerlərin əksəriyyəti gəlirli sortlara maraq göstərmir.

Kəskin qiymət fərqinin səbəbləri nələrdir?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı “Globalinfo.az”a danışan kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimlinin sözlərinə görə, son illərdə salınan meyvə bağlarında məhsuldar və keyfiyyətli sortlara üstünlük verilir:

“Gilasla bağlı da vəziyyət bu cürdür. Dövlət, xüsusilə müasir suvarma sistemləri ilə qurulan intensiv bağlara ilkin maliyyə dəstəyi verir və illər üzrə subsidiyalar davam edir. Əgər məhsulun qiyməti sabit qalır və ucuzlaşmırsa, bu, onun həm daxili bazarda, həm də ixracda stabil tələbatla qarşılandığını göstərir”.

Ekspertin sözlərinə görə, aqrotexniki xidmətlər və kənd təsərrüfatı məhsullarının istehsal xərcləri xeyli artıb:

“Bu da məhsulun maya dəyərinə birbaşa təsir göstərir. Ona görə də hazırda “öküz ürəyi” kimi keyfiyyətli və bazarda tələb olunan sortların qiymətində ciddi enmə müşahidə edilmir. Ümid edirik ki, gələcəkdə ənənəvi bağlardan intensiv bağçılığa keçid prosesi sürətləndikcə və bazarda keyfiyyətsiz sortların payı azaldıqca, qiymət fərqləri müəyyən qədər tənzimlənəcək”.

Bizim.Media 

Chosen
13
2
bizim.media

10Sources