EN

Tramp İran və İsrailin atəşkəs barədə razılığa gəldiyini açıqladı - Tehrandan fərqli açıqlama gəldi...


İyunun 13-də İsrailin hücumu ilə başlayan və İranın ballistik raket hücumları ilə davam edən müharibə başa çatmaq üzrədir. ABŞ prezidenti Donald Tramp İsrail və İranın atəşkəs barədə razılığa gəldiyini açıqlayıb.

ABŞ prezidenti sosial media hesabından Yaxın Şərqdəki gərginliyi azaldacaq açıqlama verib. Atəşkəsin təfərrüatlarını da paylaşan Tramp bildirib ki, İsrail və İran arasında tam və qüsursuz atəşkəsin olacağı barədə razılıq əldə olunub.

Tramp ilk olaraq İranın atəşkəsə başlayacağını və İsrailin də 12 saatda eyni addımı atacağını açıqlayıb: "Bu nöqtədə müharibə bitmiş hesab olunacaq”.

Tramp 12 günlük müharibənin 24 saatda bitəcəyini bildirib.

Tramp İran ərazisindən Qətərdəki ABŞ bazasına 14 raket atıldığını, onlardan 13-nün vurulduğunu, digər raketin isə təhlükə yaratmayan istiqamətə doğru getdiyini bildirib.

ABŞ prezidentinin açıqlamasına baxmayaraq, hazırda İsrailin İrana hücumlarını davam etdirdiyi bildirilir. İranın yüksək rütbəli bir rəsmisi isə İsrailin hücumlarını davam etdirdiyini təsdiqləyib və atəşkəs üçün heç bir səbəb olmadığını deyib.

"Hazırda düşmən İrana hücum edir və İran, düşmənlərinin yalanlarından asılı olmayaraq, cavab hücumlarını gücləndirmək ərəfəsindədir. İran heç bir atəşkəs təklifi almayıb və atəşkəs üçün heç bir səbəb də görmür" – deyə İran rəsmisi CNN telekanalına bildirib.

İranın bu təkziblərinə ABŞ-dan dərhal reaksiya gəlib. ABŞ-ın vitse-prezidenti Vans bildirib ki, "Vəzifəyə gəldiyim 4-5 ay ərzində iranlılar haqqında öyrəndiyim şeylərdən biri odur ki, onların ictimaiyyətə dedikləri ilə təklikdə dedikləri bəzən çox fərqli ola bilir".

TAHİR

Chosen
1
baki-xeber.com

1Sources