AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı, Sahə Futbol Federasiyasının və Azərbaycan Deflimpiya Komitəsinin dəstəyi ilə eşitmə məhdudiyyətlilər arasında minifutbol üzrə Respublika turnirinin qrup mərhələsinə yekun vurulub.
"Football-plus.az" xəbər verir ki, Lənkəranda yerləşən “Raypo” İdman-Sağlamlıq Mərkəzində təşkil edilən yarışın üçüncü günündə 5 oyun keçirilib.
Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanıblar. Finala vəsiqə uğrunda “Lənkəran” – “Gəncə” ilə, “Sumqayıt” isə “Bərdə” ilə qarşılaşacaq.
Qrup mərhələsində son turun oyunlarının nəticələri:
Bərdə - Lənkəran 3:3
Şəki – Mingəçevir 4:4
Bakı – Sumqayıt 2:0
Gəncə - Şirvan 4:2
Xaçmaz - Bərdə 0:0