EN

"Araz"ın avrokubokdakı rəqibi heyətini “Benfika”nın yetirməsi ilə gücləndirib

“Araz-Naxçıvan”ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Saloniki təmsilçisi “Eştoril”dən Pedro Alvaronu transfer edib. 25 yaşlı mərkəz müdafiəçisi ilə 4 illik müqavilə imzalanıb.

“Benfika”nın yetirməsi olan Pedro 2020-ci ildə “B SAD”a, daha sonra isə “Eştoril”ə keçib. O, başa çatan mövsümdə Portuqaliya Liqasında 31 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Araz-Naxçıvan” “Aris”lə ilk oyunu iyulun 24-də Bakıda, cavab matçını isə 31-də Salonikidə keçirəcək.

“Şamaxı” “Kəpəz”lə üz-üzə gələcək

Region Liqası təmsilçisi bütün futbolçuları ilə vidalaşıb

“Qarabağ”ın ilk rəqibi bəlli oldu

Felipe Santos: "Çətin ki, "Araz-Naxçıvan"da qalım" - Müsahibə

"Benfika"nın yetirməsi "Turan Tovuz”da

Chosen
13
2
apasport.az

3Sources