EN

Azərbaycanın sığorta bazarı 12 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-may aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 719,353 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 11,75 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 314,788 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 14,5 % çoxdur.

5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 43,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 42,7 manat olub.

Chosen
1
3
report.az

10Sources