EN

Bu gün tarixin ən titullu futbolçusunun doğum günüdür

BAKI, 24 iyun. TELEQRAF

Futbol tarixinin ən güclülərindən hesab olunan Lionel Messi bu gün ad gününü qeyd edir.

Teleqraf xəbər verir ki, əvvəllər İspaniyada “Barselona”, Fransada PSJ, hazırda isə ABŞ-nin “İnter Mayami” klubunun şərəfini qoruyan argentinalı hücumçunun 38 yaşı tamam olur.

Messi karyerası ərzində 45 titul qazanmaqla bu göstəricidə rekordçudur.

O, "Barselona" ilə 10 dəfə İspaniya La Liqasını, 7 dəfə İspaniya Kubokunu, 8 dəfə İspaniya Superkubokunu, 4 dəfə UEFA Çempionlar Liqasını, 3 dəfə UEFA Superkubokunu və eynisayda FIFA Klublararası Dünya Çempionatını qazanıb.

Messi PSJ ilə iki dəfə Fransa Liqa 1-ni, bir dəfə isə Fransa Kubokunu qazanmağı bacarıb.

2005-ci ildən Argentina milli komandasının üzvü olan futbolçu son dünya çempionatının qalibidir. O, yığma ilə iki dəfə Amerika kubokunu da başı üzərinə qaldırıb.

Bundan başqa, argentinalı ulduz 8 dəfə “Qızıl top” mükafatına layiq görülüb. Onun bu göstəricidə ən yaxın izləyicisi 5 "Qızıl top"u olan Kriştianu Ronaldudur.

Lionel Messi model Antonella Rokutso ilə evlidir. Cütlüyün 3 övladı var.

Chosen
13
5
teleqraf.com

6Sources