“8 Noyabr” elektrik stansiyasının açılışı çox gözəl hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək”.
Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Mingəçevirdəki “8 Noyabr” elektrik stansiyasının açılış mərasimindəki çıxışında deyib.
Dövlətimizin başçısı qeyd edib: “Ümumilikdə bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. Bu gün “8 Noyabr” elektrik stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır”.