Demokrat.az xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, İmişli Rayon Məhkəməsinin hökmü dəyişdirilib, onlara 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Təqsirləndirilən şəxslər məhkəmə iclas zalından dərhal həbs ediliblər.
İttihama görə, hadisə 6 may 2024-cü il tarixdə, saat 02 radələrində İmişli rayonu ərazisində qeydə alıbıb.
Belə ki, Arif Vəliyev həmkəndlisi və tanışı Samir Bəşirovla birgə həmkəndliləri M.M. (adı, soyadı şərtidir) ilə evli olan zərərçəkmiş S.S.-in (adı, soyadı şərtidir) yaşadığı evinin həyətində digər şəxslə görüşəcəyi barədə məlumat əldə ediblər. Hər ikisi hasardan keçib qadının həyətinə daxil olub, orada S.S.-in digər şəxslə olan münasibəti barədə ərinə məlumat verəcəklərini bildiriblər.
Sonra zərərçəkmiş şəxsi özlərindən asılı vəziyyətə salıb, qadın isə yalvararaq ərinə məlumat verməmələrini xahiş edib. Daha sonra Ariflə Samir S.S.-in mövcud vəziyyətindən istifadə edərək onlar ilə cinsi əlaqədə olacağı halda ərinə məlumat verməyəcəklərini bildiriblər. Qadın da onlarla cinsi əlaqəyə girməyə məcbur olub.
Hadisədən sonra Arif Vəliyev və Samir Bəşirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.
9Sources
-
musavat.comBaşqa kişi ilə tutulan qadının başına iyrənc oyun açdılar ( 18607243)
-
news24.azBaşqa kişi ilə tutulan qadının başına iyrənc oyun açıldı ( 18591556)
-
demokrat.azBaşqa kişi ilə tutulan qadının başına iyrənc oyun açıldı — TƏFƏRRÜAT ( 18577861)
-
tribunainfo.azBaşqa kişi ilə tutulan qadının başına iyrənc oyun açıldı – MƏHKƏMƏ ( 18573184)
-
mia.azİmişlidə iyrənc hadisə: qonşu qadını "yad kişi" ilə intim əlaqə zamanı "tutan" şəxslər... ( 18572956)
-
mia.azİmişlidə iyrənc hadisə: qonşu qadını yad kişi ilə intim əlaqə zamanı tutan şəxslər... ( 18572929)
-
bizim.mediaBaşqa kişi ilə tutulan qadının başına iyrənc oyun açıldı – TƏFƏRRÜAT ( 18572905)
-
pravda.azBaşqa kişi ilə tutulan qadının başına iyrənc oyun açıldı - MƏHKƏMƏ ( 18570190)
-
pravda.azBaşqa kişi ilə tutulan qadının başına iyrənc oyun açıldı MƏHKƏMƏ ( 18570181)