EN

Dövlət proqramı əsasında 300-dən çox gənc dünyanın ən yaxşı 10 universitetindən qəbul alıb - Nazir

Bakı. Trend:

300-dən çox gənc dünyanın ən yaxşı 10 universitetindən qəbulalıb.

Trend xəbər verir ki, bu fikirləri Respublika Fənn Olimpiadasıqaliblərinin mükafatlandırılması mərasimində Elm və Təhsil NaziriEmin Əmrullayev səsləndirib.

Nazir qeyd edib ki, xaricdə təhsil üzrə Dövlət proqramının əsashədəfi ən yüksək reytinqə sahib universitetlərdə təhsil imkanlarınıdəstəkləməkdir:

“Bu proqram çərçivəsində bakalavr, magistratura və doktoranturasəviyyələrində dünyanın ən yüksək reytinqli universitetlərinə qəbulolan tələbələrə dəstək verilir. Bu, sadəcə bir kriteriya deyil.Artıq bu, bir siyasətə çevrilib. Çünki məqsədimiz həm də ölkənininsan kapitalını gücləndirməkdir”.

Emin Əmrullahev əlavə edib ki, proqrama maraq ildən-iləartır:

“Təkcə 2025–2026-cı tədris ili üçün bizə mindən artıq müraciətdaxil olub. Bu günə qədər qəbul verilmiş tələbələrin təhsil aldığıuniversitetlər dünyanın ən yaxşı 10 ali təhsil müəssisəsindənibarətdir. Xüsusilə bakalavr səviyyəsində də həmin universitetlərəqəbul olan gənclər var”.

Nazir bildirib ki, bu, ölkəmiz üçün çox mühüm nailiyyətdir:

“Təkcə bir faktı qeyd etmək kifayətdir ki, bu proqram vasitəsilə300-dən çox gənc dünyanın ən nüfuzlu ilk 10 universitetindən birinəqəbul alıb. Bu, sadəcə statistik göstərici deyil — bu, ölkəningələcəyi üçün strateji əhəmiyyət daşıyan bir nəticədir. Çünkiuniversitet təkcə bilik verilən məkan deyil, o, həm də insanınformalaşdığı, inkişafa doğru yönəldiyi mərkəzdir. Odur ki, biz buinvestisiyaya çox ciddi yanaşırıq. Biz istəyirik ki, bu gənclərtəhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdıb ölkənininkişafına töhfə versinlər”.

Məqalədə:
Chosen
17
2
az.trend.az

4Sources