EN

ABŞ-nin B-2 təyyarələri İran hava məkanında 25 dəqiqə QALIB

ABŞ-nin strateji bombardmançı təyyarələrində tualet, mikrodalğalı soba və soyuducu var.

İnterpress.az xəbər verir ki, ABŞ pilotları yeddi B-2 Spiritin idarəsində 37 saat vaxt keçiriblər. Bu, 2001-ci ildən bəri bu təyyarələr üçün ən uzun fasiləsiz uçuş olub və onlar bir neçə dəfə havada yanacaq doldurublar.

Futuristik “Betmen” dizaynlı təyyarə ABŞ-nin Missuri ştatındakı Uaytmen Hərbi Hava Qüvvələri bazasından havaya qalxıb.

Onlar İrandakı hədəflərə çatmaq üçün Atlantik və Aralıq dənizini keçiblər. Nüvə obyektlərini bombaladıqdan sonra B-2-lər Uaytmana qayıdıb.

Ekipajın belə bir uçuşa dözməsinə kömək etmək üçün bombardmançılar kiçik tualetlər, mikrodalğalı sobalar və soyuducularla təchiz edilib.

Qısa bir yuxu və istirahət üçün düşərgə çarpayısı qurmaq üçün yer də var. Bundan əlavə, döyüş təyyarəsi idarəetməni sadələşdirən və bir qədər istirahət etməyə imkan verən avtomatlaşdırılmış sistemlərlə təchiz olunub.

Əvvəlcə nüvə zərbələri üçün nəzərdə tutulmuş B-2 1997-ci ildə istifadəyə verilib.

ABŞ Hərbi Hava Qüvvələrində qanadlarının genişliyi 52,4 metr olan bu döyüş təyyarələrindən 19-u var.

Bir nüsxənin qiyməti 2 milyard dollardır! Onlardan biri 2008-ci ildə qəzaya uğrayıb.

Bombardmançılar aşkar edilmədən hədəflərinə çata biliblər.

“İranlılar bir güllə belə atmadılar, hətta bizi hiss etmədilər”, – general Den Keyn deyib.

Təyyarələr İran hava məkanında cəmi 25 dəqiqə qalıb.

ABŞ prezidenti Donald Tramp Ağ Evdəki “Situation Room” komanda mərkəzində real vaxt rejimində hücumu izləyib.

“Dünyada heç bir hərbçi belə bir şey edə bilməz”, – o, qürurla deyib. Bu zaman B-2 pilotları hələ də Missuriyə qayıdırdılar.

Xuraman Etibarlı

İnterpress.az

 

Chosen
23
interpress.az

1Sources