EN

“Yuventus”un təklifi rədd edildi

“Portu” “Yuventus”un Fransisko Konseysaonu transfer etmək təklifini rədd edib.

İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubu 22 yaşlı portuqaliyalı üçün müqavilədə nəzərdə tutulan 30 milyon avrodan aşağı məbləğ təklif edib. Bu səbəbdən də Portuqaliya təmsilçisi bu təklifi geri çevirib.

2024/25 mövsümündə Konseysao icarə əsasında çıxış etdiyi “Yuventus”un heyətində bütün yarışlarda 39 matçda 7 qol vurub və 6 məhsuldar ötürmə edib.

Onun “Portu” ilə müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.

Chosen
40
24
idmanxeber.az

10Sources