EN

Paşinyan: "Ermənistan Elektrik Şəbəkələri"nin milliləşdirilməsi layihəsi hazırdır

Paşinyan:

Ermənistanın baş naziri Nikol Paşinyan "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin milliləşdirilməsi layihəsinin hazır olduğunu elan edib.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Onun sözlərinə görə, bu plan çox tezliklə və ölkə qanunvericiliyinə uyğun olaraq həyata keçiriləcək.

Qeyd edək ki, QSC-nin sahibi iyunun 18-də həbs edilmiş erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyandir.

Chosen
31
2
xalqcebhesi.az

3Sources