EN

"İnter" "Roma"nın polşalı müdafiəçisini aldı

Müqavilə ilə "Roma"ya məxsus olan Polşa millisinin üzvü Nikola Zalevski İtaliyanın digər nəhəngi "İnter"ə transfer olunub.

Fanat.Az xəbər verir ki, bu barədə Milan klubunun mətbuat xidməti məlumat yayıb.

"İnter" 2025-ci ilin fevralından icarə əsasında xidmətindən yararlandığı sol cinah müdafiəçisinin transfer hüququna yiyələnib. Klub imzalanan müqavilənin təfərrüatlarını açıqlamasa da, tanınmış insayder Fabritsio Romano “Roma”nın öz oyunçusu üçün qarşı tərəfdən 6 milyon avro aldığını bildirib.

"Transfermarkt"də müqavilənin müddətinin 2029-cu ilin yayına kimi nəzərdə tutulduğu qeyd olunub.

Zalevski qışdan bu yana "İnter"in heyətində bütün turnirlərdə 17 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Polyak Milan klubuna icarəyə verilməzdən əvvəl - 2021-ci ildən çıxış etdiyi "Roma"da ümumilikdə 123 matç keçirib, 2 qol vurub və 9 məhsuldar ötürmə müəllifi olub.

Chosen
4
fanat.az

1Sources