EN

İran və Qətər arasında dostluq münasibətlərinin möhkəmləndiriləsinin vacibliyi qeyd olunub

Bakı. Trend:

İran və Qətər arasında dostluq münasibətlərininmöhkəmləndirilməsi, yüksəldilməsinin vacibliyi qeyd olunub.

Trend-inməlumatına görə, bu, İranın xarici işlər nazirinin müavini MəcidTəxt Rəvançi ilə Qətərin Xarici İşlər Nazirliyində dövlət naziriMəhəmməd Bin Əbdüləziz əl-Xuleyfi ilə telefon söhbətində qeydedilib.

Telefon söhbətində İranın xarici işlər nazirinin müavini MəcidTəxt Rəvançi israil və ABŞ-nin İrana qarşı hücumlarını qınayıb vəİranın regionun digər ölkələri ilə əməkdaşlıq etməsi ilə regionölkələri arasında ayrı-seçkiliyə imkan yaranmayacaq.

İranlı nazir müavini regionda gərginliyin kəskinləşməsininqarşısının alınmasına kömək istiqamətində Qətərin rolunu vəsəylərini alqışlayıb.

Telefon söhbətində Qətər XİN-də dövlət naziri Məhəmməd BinƏbdüləziz Əl-Xuləyfi də iki ölkə arasındakı əlaqələrə münasibətbildirib və deyib ki, region ölkələri sülh və sabitliyinqorunmasında birgə səy göstərə bilərlər. Bu istiqamətdə Qətərkonstruktiv rolu sahib olmaqda ciddi səy göstərir.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Qeyd edək ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi havahücumları edib. Hava hücumları nəticəsində İranın nüvəobyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəkihərbi bazasına hava zərbələri endirib.

Chosen
54
az.trend.az

1Sources