EN

Simran Qədimin yeni kitabı çap olundu

Simran Qədimin elmi-kütləvi üslubda yeni kitabı nəşr edilib.

Kulis.az xəbər verir ki, "Mücrü" nəşriyyatında işıq üzü görən "Yol: elm, fəlsəfə, psixologiya" adlı bu kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Qeyd edək ki, "Yol: elm, fəlsəfə, psixologiya" müəllifin dördüncü kitabıdır. Daha əvvəl “Əcəl düyünü”, “Hesab vaxtı”, "Platonun mağarası" adlı romanları çap edilib.

Simran Qədim 1991-ci ildə Bakıda anadan olub, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür (2015). “Ülvi Bünyadzadə - 50” şeir və esse müsabiqəsində "İşığa toplaşanlar" essesi ilə mükafata layiq görülüb. Mütəmadi olaraq bədii və publisistik yazıları Azərbaycan və Türkiyənin ədəbiyyat saytlarında, qəzet və jurnallarda dərc olunur.

Chosen
10
1
kulis.az

2Sources