ain.az, Idmanxeber.az saytına istinadən bildirir.
“Kəpəz” növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-a verilən məlumata görə, Gəncə təmsilçisi daha bir futbolçunu heyətdə saxlamağa qərar verib. Söhbət İlkin Qırtımovdan gedir.
Baş məşqçi Adil Şükürov rəhbərlikdən təcrübəli müdafiəçinin saxlanılmasını tələb edib. Onunla başa çatan müqavilə bir il müddətdinə uzadılacaq.
Xatırladaq ki, Qırtımov ötən mövsüm Adil Şükürovun baş məşqçiliyi dönəmində komandaya gətirilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.