EN

Serialdakı sevgililərinə evlilik təklif etdiyi yerdə toyu olacaq - Fotolar

Türkiyənin tanınmış aktyor və müğənnisi Feyyaz Şerifoğlu “Kanal D”nin aparıcısı Merve Dinçkolla evlənir.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, iyulun 29-da ailə həyatı quracaq cütlüyün toy etmək üçün seçdiyi məkan diqqət çəkib. 

Belə ki, ikili mərasim üçün “Kemer Country”ni seçib. Hansı ki, bu məkan aktyorun həm “Camdakı Kız”ın Nalanına (Burcu Biricik), həm də ən son rol aldığı “Aşkı Hatırla”da Güneşə (Hande Erçel) evlilik təklifi etdiyi yerdir. 

Feyyaz toy şahidlərinin Ajda Pekkan olmasını istədiyini də bildirib. 

Xatırladaq ki, cütlük 4 ildir sevgilidir. 33 yaşlı Feyyaz 39 yaşlı sevgilisi Merveyə evlilik təklifini İtaliyada etmişdi. 






Chosen
39
1
qafqazinfo.az

2Sources