EN

Sertifikasiyadan yüksək bal toplayanlar: “Özüm hazırlaşdım”

Sertifikasiya imtahanından 59 bal toplayan 54 nömrəli tam orta məktəbin biologiya müəllimi Solmaz Müseyibova imtahanla bağlı təəssüratlarını bölüşüb.

 

AzEdu.az xəbər verir ki, o, yüksək nəticə əldə edəcəyinə inandığını bildirib:

163120

“Çox sevincliyəm. Minimum 58 bal gözləyirdim. Biraz kurikulum sualları çətin gəldi. Amma çalışdım ki, öhdəsindən gəlim. Suallar çox yaxşı hazırlanmışdı və tam dərsliklərə uyğun idi. İmtahan prosesinin gedişatından və sualların tərtibatından çox razı qaldım. 1 balı itirdiyim üçün çox təəssüf edirəm, amma yenə də şükür edirəm”.

 

Xəzər rayonu 149 nömrəli tam orta məktəbin kimya müəllimi Şəlalə Həsənova sertifikatlaşdırma imtahanında 59 bal toplayıb və təəssüratlarını AzEdu.az-la bölüşüb.

163121Müəllim bildirib ki, yüksək nəticə gözləsə də, son anda bir sualı dəyişdiyinə görə peşmandır:

 

“Çox sevinirəm. Lakin 1 sualı son anda dəyişib başqa variantı yazdığım üçün təəssüf edirəm. Halbuki düzgün cavab o idi, mən isə son anda dəyişdim. Əmin idim ki, 50-dən yuxarı bal toplayacağam. Lakin sözün düzü, 59 balı gözləmirdim. Son sualların səviyyəsi biraz vaxt aparan idi.

 

Ümumilikdə sualların səviyyəsi yaxşı idi. Sertifikasiyaya özüm hazırlaşmışam, hazırlıqlara getməmişəm, çünki 22 ildir ki, repetitoram. Kurikulum sualları çox asan idi, kimya sualları isə qismən vaxt aparan oldu”.

Chosen
11
azedu.az

1Sources