EN

“Osasuna” Alessio Liskiyə tapşırıldı - Rəsmi

İspaniya La Liqasının təmsilçisi “Osasuna” “qırmızılar”ın baş məşqçisi vəzifəsinə yeni mütəxəssisin təyinatını açıqlayıb.

Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən məlumat verir.

39 yaşlı italyan mütəxəssis Alessio Liski ilə 2 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalanıb.

Liski “qırmızılar”ın sükanı arxasında 50 yaşlı ispan mütəxəssis Visente Morenonu əvəzləyib.

Alessio Liski məşqçiliyə 2011-ci ildə “Levente”də başlayıb, klubun gənclərdən ibarət komandasını çalışdırıb, həmçinin “B” komandasında baş məşqçi köməkçisi çalışıb. 2021-2022-ci illərdə isə Lisko “Levante”nin sükanı arxasına keçib. Ardınca Liski 2023-2025-ci illərdə İspaniya Sequndasının təmsilçisi “Mirandes”i çalışdırıb. Liskinin “Mirandes”i Sequndada 4-cü yeri tutaraq, La Liqada iştirak uğrunda ələmə oyunlarına qatılıb, ancaq həlledici oyunda “Real Ovyedo”ya məğlub olaraq, aşağı dəstədə qalıb. Buna rəğmən, gənc mütəxəssisin diqqətçəkici fəaliyyəti “Osasuna” rəhbərliyini cəlb edib. Klub rəhbərliyi Liskiyə böyük ümidlər bəsləyir.

Chosen
20
arena.az

1Sources