ain.az, Missiya.az saytına istinadən bildirir.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun iyunun 27-də Şamaxı şəhərində nəzərdə tutulan Şamaxı və Qobustan rayonları sakinlərinin qəbulunun tarixi dəyişib.
Bu barədə Missiya.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəbul iyunun 30-da Şamaxı Olimpiya Mərkəzinin inzibati binasında saat 10:00-da başlayacaq:
"Qəbula gələn vətəndaşların qeydiyyatı iyun 29-da Şamaxı Olimpiya Mərkəzinin inzibati binasında saat 09:00-dan aparılacaq. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.