"Qalatasaray" "Tottenhem"in hücumçusu Rişarlisonu transfer etməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə "TeamTalk" məlumat yayıb.
Mənbənin sözlərinə görə, braziliyalı futbolçunu İstanbul klubunun baş məşqçisi Okan Buruk şəxsən izləyir.
London klubu 28 yaşlı hücumçunu ya sata, ya da icarəyə verə bilər. Klub rəhbərliyi onun statistik göstəricilərindən və tez-tez yaşadığı zədələrdən narazıdır.