EN

Azərbaycanda elektron ticarətin böyük potensialı var - Yevgeniy Lisynak

Bakı. Trend:

Elektron ticarətin effektiv inkişafı üçün infrastrukturuninkişafına ehtiyac var.

Trend xəbər verirki, bunu “Visa” böyük direktoru və Ukrayna, MDB və Cənub-ŞərqiAvropada strateji tərəfdaşlıqlar, finteks və vençur layihələr üzrəbölmənin rəhbəri Yevgeniy Lisnyak Bakıda keçirilən FINTEX SUMMIT2025 maliyyə və texnologiyalar sərgisində deyib.

“İnfrastruktur deyəndə iki əsas məsələni nəzərdə tuturam:birincisi internetə çıxış, ikincisi isə logistika. Məsələn, əgərbir ölkədə sürətli çatdırmanı təmin edən infrastruktur qurulubsa,bu, müştərinin əsas “ağrılı nöqtələrindən” birini həll etməyə imkanverir. Oflayn və onlayn alış-veriş arasındakı əsas fərq nədədir?İndi belə, onlayn sifariş versəm də, gözləməli oluram. Oflaynda isəməhsulu dərhal əldə edirəm. Məhz bu sahədə ölkənin inkişaf etməsivacibdir”, – deyə Lisnyak bildirib.

Onun sözlərinə görə, Bakıda bu sahədə hər şey qaydasındadır –infrastruktur həqiqətən də yaxşıdır. Lakin kənd rayonları hələ dəinternet və logistika baxımından kifayət qədər əhatə olunmayıb.

“Hansı şirkət sürətli çatdırma və rahat istifadəçi təcrübəsitəmin edə biləcəksə, şübhəsiz ki, rəqabətdə üstün olacaq”,- deyə ovurğulayıb.

Lisnyakın sözlərinə görə, Azərbaycanda elektron ticarət hələkifayət qədər inkişaf etməyib, lakin bu sahədə böyük inkişafpotensialı mövcuddur.

“Rəqəmsal savadlı əhali var, xidmətin keyfiyyətinə dairistehlakçı gözləntiləri yüksəkdir. Lakin hazırda iqtisadiyyatdanağd pulun payı yüksək olaraq qalır və onlayn xidmətlərə inamsəviyyəsi aşağıdır”, – deyə o qeyd edib.

Məqalədə:
Chosen
22
az.trend.az

1Sources