EN

Yeni “Oreşnik” raket sistemi dönüş nöqtəsi oldu - MWM

Yeni “Oreşnik” raket sisteminin seriyalı istehsala tətbiqi dönüş nöqtəsi oldu.

Herbiand.az bildirir ki, bunu Military Watch Magazine (MWM) nəşri yazıb.

“Raketin istismara verilməsi əvvəllər yalnız “İsgəndər-M” qısa mənzilli sistemlərdən və “Sarmat” kimi qitələrarası mənzil sistemlərindən ibarət olan Rusiya ballistik raket qüvvələri üçün dönüş nöqtəsidir”, - məqalədə deyilir.

Şərhçilər onu da xatırladıblar ki, bu silahın keçən il ilk istifadəsindən sonra nümayiş etdirilən xüsusiyyətləri bir çox Qərb ölkələrində ciddi narahatlıq doğurub.

Bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin ən yeni “Oreşnik” raket kompleksinin seriyalı istehsalına başlanıldığını açıqlayıb.

Bəxtiyar CƏFƏRLİ

Chosen
20
herbiand.az

1Sources