Bu müharibə Azərbaycanın turizminə necə təsir edəcək?
Turizm mütəxəssisi Rahib İsmayılov Demokrat.az-a açıqlama verib.
O deyib ki, şübhəsiz baş verən müharibələr iqtisadiyyatın bütün sahələrinə təsir etdiyi kimi turizm sektoruna da təsirsiz ötüşmür:
“Ancaq düşünmürəm ki, İran və İsrail arasında baş verən bu müharibə Azərbaycanın turizm sektoruna çox ciddi təsir etsin. Doğrudur, adı çəkilən hər iki ölkədən ölkəmizə təşrif buyuran turistlər olur, ancaq nəzərə alaq ki bu gün ölkəmizin turizm bazarının əsasını Hindistan, Pakistan, Rusiya və ərəb ölkələrindən gələn qonaqlar təşkil edir. Son aylarda bu siyahıya qardaş Türkiyəni də əlavə etsək vəziyyətin o qədər də qorxulu olmadığını görərik. Yalnız həmin ölkələrin hava məkanlarının bağlı olması bəzi uçuşların bir qədər yubanmasına bəzi hallarda isə ləğvinə gətirib çıxarır. Bu zaman isə turistlərin bir qismi bu səbəblə bəziləri isə ehtiyat tədbiri səbəbilə öz səfərlərini təxirə salır. Ancaq irəliləyən zamanlarda müharibənin daha da böyüyəcəyi və daha geniş coğrafiyaya yayılacağı təqdirdə sözsüz ki region ölkələri və Azərbaycanın turizm bazarı üçün ciddi nəticələrə gətirib çıxaracaq”.
Leyla Turan
Demokrat.az
10Sources
-
modern.azHavaların yağıntılı keçməsi istirahət mərkəzlərini boş qoydu ( 19066300)
-
modern.azHavaların yağıntılı keçməsi istirahət mərkəzlərini boş qoydu ( 19066282)
-
redaktor.azAzərbaycanlılar istirahət üçün ən çox hara üz tutur? -AÇIQLAMA ( 19037665)
-
redaktor.azAzərbaycanlılar istirahət üçün ən çox hara üz tutur? AÇIQLAMA ( 19037653)
-
cebheinfo.azAzərbaycanlılar istirahət üçün ən çox hara üz tuturlar? ( 18983995)
-
cebheinfo.azAzərbaycanlılar istirahət üçün ən çox hara üz tuturlar? ( 18979504)
-
sia.az"Ailəvi istirahət edənlər üçün giriş qiymətləri ciddi amildir" - EKSPERT ŞƏRH ETDİ ( 18777790)
-
demokrat.azBu Azərbaycanın turizm bazarı üçünciddi nəticələrə gətirib çıxaracaq — Ekspert ( 18596185)
-
valyuta.azİş və istirahət günlərinin yeri niyə dəyişdirilir? ( 18488782)
-
modern.azİş və istirahət günlərinin yeri niyə dəyişdirilir... ( 18485134)