EN

Yüksək bal toplayan kimya müəllimi: “Şükür ki, üzüağ çıxdım

Sertifikatlaşdırma imtahanında 322 nömrəli tam orta məktəbin kimya müəllimi Şamil Səbzəliyev 54 bal toplayıb.

AzEdu.az-a təəssüratlarını bölüşən müəllim bildirib ki, imtahanın ümumilikdə normal keçib.

“İmtahandakı suallar asan, orta və düşündürücü səviyyədə idi. Mənim üçün elə bir çətinlik olmadı. 50-dən yuxarı bal toplayacağımı gözləyirdim.

Şükür ki, üzüağ çıxdım. Bu proses, həqiqətən, müəllimlər üçün stimul rolunu oynayır. 9 ildir pedaqoji fəaliyyətlə məşğulam”.

Chosen
49
azedu.az

1Sources