EN

Filip Ozobiçin "Neftçi"dən getməsinin səbəbi

"Neftçi"nin Azərbaycan millisinin sabiq futbolçusu Filip Ozobiçlə yollarını ayırmasının səbəbi bəlli olub.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, "ağ-qaralar" 34 yaşlı yarımmüdafiəçiyə daha az maaşla yeni sözləşmə təklif edib.

Lakin tərəflər razılığa gələ bilməyiblər.

Qeyd edək ki, 2023-cü ilin yayından "Neftçi"də çıxış edən Ozobiç bu müddətdə 70 rəsmi oyunda meydana çıxıb, 16 qol vurub.

İdman.biz

Məqalədə:
Chosen
11
idman.biz

1Sources