“Sabah” klubunda daha bir ayrılıq yaşanıb.

Offsideplus.az xəbər verir ki, "bayquşlar" Namik Ələskərovla yollarını ayırıb. Yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Qeyd edək ki, 29 yaşlı futbolçu 2022-ci ildən Masazır klubunun formasını geyinir. O, "Sabah"ın heyətində 83 oyun keçirib, Premyer Liqanın gümüş medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.

Xatırladaq ki, "Sabah" klubu daha öncə Şakir Seyidov, Vasili Berezutski (baş məşqçi), Con İrazabal ilə vidalaşıb.